Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ilin dekabrın 1-nə manatın nominal və real effektiv məzənnəsini açıqlayıb.
Finss.az xəbər verir ki, manatın xarici valyutalara nisbətən ümumi nominal effektiv məzənnəsi 103,4 faiz bəndi təşkil edib. Bu göstərici aylıq müqayisədə 0,5 faiz bənd artıb, illik müqayisədə isə 4,1 faiz bənd azalıb.
Eyni zamanda, manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnəsi 175,5 faiz bənd olub. Bu, aylıq müqayisədə 0,2 faiz bənd artım, illik müqayisədə isə 4,9 faiz bənd azalma deməkdir.
Manatın ümumi real effektiv məzənnəsi 116,3 faiz bənd, qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi isə 112,6 faiz bənd təşkil edib. Aylıq müqayisədə bu göstəricilər müvafiq olaraq 0,9 və 0,2 faiz bənd artıb, illik müqayisədə isə 6,3 və 6,4 faiz bənd azalıb.
Fuad Mədətov
Finss.az
