BANK

30 Dekabr

Manatın dövretmə sürəti azalıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ilin dekabrın 1-nə manatın dövretmə sürətini açıqlayıb.

Finss.az xəbər verir ki, bu göstərici 3,38 bənd təşkil edib. Noyabrın 1-i ilə müqayisədə dövretmə sürəti 0,07 bənd və ya 2% azalaraq qeydə alınıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,19 bənd və ya 5,3% azalıb.

Qeyd olunur ki, 2025-ci ilin noyabrın 1-nə manatın dövretmə sürəti 3,45 bənd, 2024-cü ilin dekabrın 1-nə isə 3,57 bənd olub.

AMB statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayında 2,68 bənd, ən yüksək həddi isə 2005-ci ildə 15,72 bənd qeydə alınıb.

Fuad Mədətov
Finss.az