BANK

30 Dekabr

Azərbaycanda pul kütləsinin həcmi artıb

Bu ilin 1 dekabr tarixinə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi (M3 aqreqatı) artım göstərib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, M3 aqreqatı 48,662 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,970 milyard manat və ya 8,9% artım deməkdir.

Hesabat dövründə manatla pul kütləsinin həcmi (M2 aqreqatı) 37,596 milyard manata bərabər olub. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,957 milyard manat və ya 8,5% çoxdur.

Eyni zamanda, M1 pul aqreqatı üzrə göstərici 29,483 milyard manata çatıb. İllik müqayisədə M1 aqreqatı 1,778 milyard manat və ya 6,4% artım qeydə alıb.

Bununla yanaşı, banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) də yüksəlib. Belə ki, 1 dekabr tarixinə M0 aqreqatı 17,234 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 milyard manat və ya 10% artım deməkdir.

Fuad Mədətov
Finss.az