Bu ilin 1 dekabr tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfeli artım nümayiş etdirib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bank sektorunda kredit portfelinin həcmi 1% və ya 281,7 milyon manat artaraq 29,685 milyard manat təşkil edib.
Kredit portfelinin strukturunda biznes kreditləri üstünlük təşkil edir. Belə ki, biznes kreditlərinin həcmi 15,805 milyard manat olub və ümumi portfeldə 53,2% paya malikdir. İstehlak kreditləri portfelin 31,4%-ni və ya 9,319 milyard manatı, ipoteka kreditləri isə 15,4%-ni və ya 4,562 milyard manatı təşkil edib.
Bankların öhdəliklərinin strukturunda isə əsas pay depozit portfelinin payına düşür. Depozitlər ümumi öhdəliklərin 72,2%-ni təşkil edərək 37,202 milyard manata bərabər olub.
Depozit portfelinin bölgüsünə nəzər saldıqda, 21,354 milyard manat və ya 57,4% hüquqi şəxslərin, 15,848 milyard manat və ya 42,6% isə fiziki şəxslərin depozitlərinin payına düşür.
Fuad Mədətov
Finss.az
