BANK

29 Dekabr

Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək

Finss.az - 05 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən buraxılan dəyişən faizli (floating rate) istiqrazlar üzrə ilk kupon ödənişi həyata keçiriləcək.

Bir istiqraz üzrə kupon ödənişinin məbləği 1 853.33 AZN təşkil edir.

Qeyd edək ki, nominal dəyəri 100 000 AZN olan AZ2001028169 dövlət qeydiyyat nömrəli istiqrazların yerləşdirilməsi 01 oktyabr 2025-ci il tarixində baş tutub.