2025-ci ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 393,3 milyon manat kredit verilib.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 milyon manat və ya 0,7% azdır.
Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği 399,4 milyon manat olub ki, bu da ötən ilin analoji dövrünə nisbətən 19,5 milyon manat və ya 4,7% azalma deməkdir.
Dövr ərzində fondun yerləşdirilmiş istiqrazlarının həcmi 50 milyon manat artaraq 550 milyon manata çatıb. Eyni zamanda, dövlət büdcəsindən fonda ayrılmış vəsait 2,5 milyon manat azalaraq 85,2 milyon manat təşkil edib.
Fuad Mədətov
Finss.az
