2025-ci ilin dekabrın 1-nə Azərbaycanda banklarda fiziki şəxslərin əmanətlərinin 67,5%-i (10,7 milyard manat) milli valyutada, 32,5%-i (5,146 milyard manat) xarici valyutada yerləşdirilib.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, fiziki şəxslərin əmanət portfelinin 62,9%-i (9,964 milyard manat) müddətli əmanətlərdən ibarətdir. Noyabr ayında müddətli əmanətlər 0,8% və ya 80,3 milyon manat, tələblə əmanətlər isə 3,9% və ya 218,4 milyon manat artıb.
Hesabat dövründə bank sektorunda unikal müddətli əmanətçi sayı noyabrda 2,7% (4,959 əmanətçi), ilin əvvəlindən isə 26,8% (40,409 əmanətçi) artaraq 190,9 min nəfəri ötüb.
Eyni zamanda hüquqi şəxslərin tələblə depozitləri 16,044 milyard manat təşkil edib ki, bu da onların ümumi depozit portfelinin 75,1%-ni əhatə edir. Noyabr ayında hüquqi şəxslərin depozit portfeli 4,1% və ya 840,4 milyon manat artaraq 21,354 milyard manat olub.
Fuad Mədətov
Finss.az
