2025-ci ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 58,748 milyard manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, hesabata dövründə bankların cəmi öhdəlikləri 51,517 milyard manat, balans kapitalı isə 7,231 milyard manat olub.
Noyabr ayı ərzində bankların cəmi aktivləri 4,3%, cəmi öhdəlikləri 4,7%, balans kapitalı isə 1% artıb. Ötən ilin dekabr ayının 1-i ilə müqayisədə isə bank aktivləri 17,1% yüksəlib.
Fuad Mədətov
Finss.az
