BANK

29 Dekabr

Azərbaycanda bankların xalis mənfəəti artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-noyabr aylarında 1,060 milyard manat xalis mənfəət əldə edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 92,4 milyon manat və ya 9,6% artım deməkdir.

Hesabata əsasən, banklar cari ilin 11 ayında 265,5 milyon manat məbləğində mənfəət vergisi ödəyib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,3% və ya 33,2 milyon manat çoxdur.

Fuad Mədətov
Finss.az