2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Yeni Zelandiya iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 7,841 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 milyon dollar və ya 14,1 dəfə artım deməkdir. Hesabat dövründə Yeni Zelandiyaya yatırılan Azərbaycan investisiyalarının birbaşa xarici investisiyaların ümumi həcmindəki payı 0,4% olub.
Qeyd edək ki, 2024-cü ilin ilk 9 ayında Azərbaycandan Yeni Zelandiyaya yönəldilmiş birbaşa investisiyaların həcmi 557 min dollar təşkil etmişdi.
Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dolları ötüb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 213,485 milyon dollar və ya 4,7% artım deməkdir.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici ölkələrə yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,039 milyard ABŞ dolları olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 658,090 milyon dollar və ya 47,7% artım nümayiş etdirir.
Fuad Mədətov
Finss.az
