2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ukraynaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,951 milyon ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 milyon dollar və ya 35% azalma göstərir. Hesabat dövründə Ukraynanın Azərbaycandan xaricə edilən ümumi pul köçürmələrindəki payı 1,1% olub.
Qeyd edək ki, 2024-cü ilin ilk 9 ayında Azərbaycandan Ukraynaya pul köçürmələrinin həcmi 6,079 milyon dollar təşkil etmişdi.
Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələrinin həcmi 361,357 milyon dollar olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46,925 milyon dollar və ya 11,5% azalma deməkdir.
Hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin ümumi həcmi isə 849,910 milyon dollar təşkil edib ki, bu göstərici ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 1,404 milyon dollar və ya 0,2% artım göstərir.
Fuad Mədətov
Finss.az
