2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan İspaniya iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 50,982 milyon ABŞ dolları təşkil edib.
Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,7 milyon dollar və ya 1,8 dəfə artım deməkdir. Hesabat dövründə İspaniyaya yatırılan Azərbaycan investisiyalarının birbaşa xarici investisiyaların ümumi həcmindəki payı 2,5% olub.
Qeyd edək ki, 2024-cü ilin ilk 9 ayında Azərbaycandan İspaniyaya yönəldilən birbaşa investisiyaların həcmi 28,234 milyon dollar təşkil etmişdi.
Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,7% artım deməkdir.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,039 milyard ABŞ dolları olub və ötən ilin göstəricisinə nisbətən 47,7% artım göstərib.
Fuad Mədətov
Finss.az
