BANK

26 Dekabr

Azərbaycandan İsrailə pul köçürmələri artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,576 milyon ABŞ dolları olub.

Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 303 min dollar və ya 13,3% artım deməkdir. Hesabat dövründə İsrailin Azərbaycandan xaricə edilən ümumi pul köçürmələrindəki payı 0,7% təşkil edib.

Eyni dövrdə İsraildən Azərbaycana pul köçürmələrinin həcmi 9,071 milyon dollar olub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 milyon dollar və ya 16,4% azalma göstərib. Xaricdən Azərbaycana ümumi köçürmələrdə İsrailin payı 1,1% təşkil edib.

2024-cü ilin ilk 9 ayında Azərbaycandan İsrailə köçürmələr 2,273 milyon dollar, əks istiqamətdə isə 10,846 milyon dollar təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələrinin həcmi 361,357 milyon dollar olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,5% azalma deməkdir. Eyni dövrdə xarici ölkələrdən Azərbaycana köçürmələr 849,910 milyon dollar təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2% artım göstərib.

Fuad Mədətov
Finss.az