2025-ci ilin ilk 9 ayında Azərbaycandan Çexiyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,553 milyon ABŞ dolları olub.
Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 365 min dollar və ya 11,4% artım deməkdir. Hesabat dövründə Çexiyanın Azərbaycandan xaricə edilən pul köçürmələrindəki payı 1% təşkil edib.
Eyni dövrdə Çexiyadan Azərbaycana köçürmələr 2,820 milyon dollar olub ki, bu da ötən ilin göstəricisinə nisbətən 974 min dollar və ya 52,8% artım deməkdir. Xaricdən Azərbaycana ümumi pul köçürmələrində Çexiyanın payı 0,3% olub.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Çexiyaya köçürmələr 3,188 milyon dollar, əks istiqamətdə isə 1,146 milyon dollar təşkil etmişdi.
Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin göndərdiyi pul köçürmələrinin həcmi 361,357 milyon dollar olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46,925 milyon dollar və ya 11,5% azalma deməkdir. Eyni zamanda, xarici ölkələrdən Azərbaycana köçürmələrin ümumi həcmi 849,910 milyon dollar olub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,404 milyon dollar və ya 0,2% artım göstərib.
Fuad Mədətov
Finss.az
