BANK

26 Dekabr

Azərbaycandan Litvaya pul köçürmələri artıb

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan Litvaya fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin ümumi həcmi 3,883 milyon ABŞ dolları olub.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,520 milyon dollar və ya 64,3% artım deməkdir. Hesabat dövründə Litvanın Azərbaycandan xaricə göndərilən ümumi pul köçürmələrində payı 1,1% təşkil edib.

Eyni zamanda, 2025-ci ilin ilk 9 ayında Litvadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 4,793 milyon ABŞ dolları olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 604 min dollar və ya 14,4% artım deməkdir. Litvanın xaricdən Azərbaycana edilən ümumi pul köçürmələrində payı isə 0,6% olub.

Qeyd edək ki, 2024-cü ilin yanvar–sentyabr aylarında Azərbaycandan Litvaya pul köçürmələrinin həcmi 2,363 milyon ABŞ dolları, əks istiqamətdə – Litvadan Azərbaycana isə 4,189 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46,925 milyon dollar və ya 11,5% azalma deməkdir.

Hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul köçürmələrinin ümumi həcmi isə 849,910 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,404 milyon dollar və ya 0,2% artım göstərib.

Fuad Mədətov
Finss.az