BANK

26 Dekabr

Azərbaycandan İtaliya iqtisadiyyatına birbaşa investisiyalar 2 dəfə artıb

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan İtaliya iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 118,585 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 60,7 milyon dollar və ya 2 dəfə artım deməkdir. Hesabat dövründə İtaliyaya yatırılan Azərbaycan investisiyalarının birbaşa xarici investisiyaların ümumi həcmindəki payı 5,8% olub.

Qeyd edək ki, 2024-cü ilin ilk 9 ayında Azərbaycandan İtaliya iqtisadiyyatına yatırılan birbaşa investisiyaların ümumi həcmi 57,855 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarını ötüb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 213,485 milyon dollar və ya 4,7% artım deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,039 milyard ABŞ dolları olub ki, bu da ötən ilin ilk 9 ayı ilə müqayisədə 658,090 milyon dollar və ya 47,7% çoxdur.

Fuad Mədətov
Finss.az