2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına fiziki şəxslərin pul köçürmələrinin həcmi 20,474 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 milyon dollar və ya 7% azalma deməkdir. Hesabat dövründə bu ölkənin Azərbaycandan həyata keçirilən ümumi pul köçürmələrindəki payı 5,7% olub.
Eyni dövrdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından Azərbaycana fiziki şəxslərin köçürmələrinin həcmi 30,647 milyon dollar olub ki, bu da ötən ilin göstəricisinə nisbətən 5,1 milyon dollar və ya 20,1% artım deməkdir. Bu ölkənin Azərbaycana yönələn ümumi köçürmələrdəki payı 3,6% təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Böyük Britaniyaya köçürmələr 22,020 milyon dollar, əks istiqamətdə isə 25,520 milyon dollar olub.
Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələrinin həcmi 361,357 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46,925 milyon dollar və ya 11,5% azalma deməkdir.
Eyni zamanda, xarici ölkələrdən Azərbaycana köçürmələrin həcmi 849,910 milyon dollar olub ki, bu göstərici ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 1,404 milyon dollar və ya 0,2% artım göstərir.
Fuad Mədətov
Finss.az
