2025-ci ilin yanvar-sentyabr ayları ərzində Hindistandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 38,960 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 milyon dollar və ya 20,9% artım deməkdir. Hesabat dövründə Hindistandan Azərbaycana daxil olan investisiyaların ümumi birbaşa xarici investisiyalardakı payı 0,8% olub.
Qeyd edək ki, 2024-cü ilin ilk 9 ayında Hindistandan ölkəyə yatırılan investisiyaların ümumi həcmi 32,211 milyon dollar təşkil etmişdi.
Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 213,485 milyon dollar və ya 4,7% artım deməkdir.
Eyni dövrdə Azərbaycandan xarici ölkələrə yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard dollar olub, bu da ötən ilin göstəricisinə nisbətən 658,090 milyon dollar və ya 47,7% artım deməkdir.
Fuad Mədətov
Finss.az
