2026-cı ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 3 milyard ABŞ dolları, yəni ÜDM-in 3.7%-i səviyyəsində proqnozlaşdırılır.
Finss.az xəbər verir ki, bu barədə “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı”nda məlumat verilib.
Məlumata görə, baza ssenari üzrə bu göstərici Mərkəzi Bankın valyuta ehtiyatlarının kifayətlilik meyarlarına uyğun saxlanılması və idarə olunmasının təkmilləşdirilməsi prioritetlərini dəstəkləyir.
Pul siyasəti alətlərinin tətbiqi zamanı maliyyə bazarlarında proseslər və bank sisteminin likvidlik mövqeyi diqqətlə qiymətləndiriləcək, alətlər monetar şəraitə kənar təsirlərin neytrallaşdırılmasına yönəldiləcəkdir. Mərkəzi Bank, həmçinin təhlil və proqnozlaşdırma potensialını artırmaq, makroiqtisadi proqnozların dəqiqliyini gücləndirmək üçün tədbirləri davam etdirəcək.
Bu çərçivədə, 2026-cı ildə pul siyasətinin effektivliyi, valyuta bazarının tarazlığı, likvidliyin idarə olunması və iqtisadi sabitliyin qorunması Mərkəzi Bankın əsas prioritetləri olacaq.
Fuad Mədətov
Finss.az
