BANK

25 Dekabr

Yenilənmiş 50 manatlıq kağız pul nişanı tədavülə buraxılır - AMB

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanı 25 dekabr 2025-ci il tarixindən etibarən tədavülə buraxılır.

AMB-dən Finss.az-a verilən məlumata görə, imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Kağız pul nişanının üzərində həmçinin “2025” istehsal ili əks olunub.

Yenilənmiş 50 manatlıq əsginasın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Qeyd edək ki, yenilənmiş 50 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaqdır.

Pulun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.

Fuad Mədətov
Finss.az