Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) 2026-cı ildə faiz dəhlizinin parametrlərinə dair qərarları ümumilikdə 8 dəfə ictimaiyyətə təqdim edəcək.
Finss.az xəbər verir ki, bu barədə “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycan Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı”nda məlumat verilib.
Bəyanata əsasən, AMB-nin pul siyasəti üzrə qərarları 2026-cı il ərzində 4 fevral, 2 aprel, 6 may, 24 iyun, 5 avqust, 23 sentyabr, 4 noyabr və 23 dekabr tarixlərində açıqlanacaq.
Qeyd olunub ki, 4 fevral, 6 may, 5 avqust və 4 noyabr tarixlərində qəbul edilən qərarlar mətbuat konfransı ilə müşayiət olunacaq, həmçinin həmin günlərdə iqtisadçı ekspertlər və bazar iştirakçıları ilə görüşlər keçiriləcək.
Mərkəzi Bank vurğulayıb ki, faiz dəhlizi üzrə qərarlar elan edildikdən sonrakı iş günündə qüvvəyə minəcək. Bu yanaşma pul siyasətinin şəffaflığının artırılmasına, maliyyə bazarı iştirakçılarının vaxtında məlumatlandırılmasına və gözləntilərin effektiv idarə olunmasına xidmət edir.
AMB-nin bu qərarları 2026-cı ildə monetar şəraitin formalaşdırılması, inflyasiya hədəflərinin qorunması və maliyyə bazarlarında sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Fuad Mədətov
Finss.az
