2025-ci ilin yanvar-sentyabr ayları ərzində Macarıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 260,644 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə artım deməkdir (2024-cü ilin yanvar-sentyabrında 133,756 milyon dollar olub).
Hesabat dövründə Azərbaycana daxil olan birbaşa xarici investisiyaların 5,5%-i Macarıstandan təmin olunub.
Eyni dövrdə Azərbaycan iqtisadiyyatına yönəlmiş ümumi birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarını ötüb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 213,485 milyon dollar və ya 4,7% artım deməkdir.
Öz növbəsində, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,039 milyard ABŞ dolları olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 658,090 milyon dollar və ya 47,7% çoxdur.
Fuad Mədətov
Finss.az
