2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın Sinqapur iqtisadiyyatına yönəltdiyi birbaşa xarici investisiyaların həcmi 13,210 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,528 milyon dollar və ya 2,3 dəfə artım deməkdir. Beləliklə, Azərbaycanın birbaşa xarici investisiyalarının ümumi həcminin Sinqapura yönələn hissəsi 0,6% olub.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Sinqapura yatırılan birbaşa investisiyaların həcmi 5,682 milyon dollar təşkil etmişdi.
Eyni dövrdə Azərbaycan iqtisadiyyatına ümumilikdə birbaşa xarici investisiyaların həcmi 4,736 milyard ABŞ dollarını ötüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 213,485 milyon dollar və ya 4,7% artım deməkdir.
Hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların ümumi həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 658,090 milyon dollar və ya 47,7% çoxdur.
Fuad Mədətov
Finss.az
