BANK

24 Dekabr

Azərbaycan Səudiyyə Ərəbistanı iqtisadiyyatına investisiya qoyuluşunu artırıb

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Səudiyyə Ərəbistanı iqtisadiyyatına 15,717 milyon ABŞ dolları dəyərində birbaşa xarici investisiya qoyub.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 milyon dollar və ya 7,7 dəfə artım deməkdir. Səudiyyə Ərəbistanına yönəldilmiş investisiyalar Azərbaycanın ümumi birbaşa xarici investisiyalarının 0,8%-ni təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Səudiyyə Ərəbistanına yatırılan investisiyaların həcmi 2,027 milyon dollar təşkil etmişdi.

Eyni dövrdə, Azərbaycan iqtisadiyyatına ümumilikdə birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 213,485 milyon dollar və ya 4,7% artım deməkdir. Həmçinin, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,039 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 658,090 milyon dollar və ya 47,7% çoxdur.

Fuad Mədətov
Finss.az