BANK

24 Dekabr

Azərbaycan və BƏƏ arasında pul köçürmələrinin həcmi artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 15,515 milyon ABŞ dolları olub.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,16 milyon dollar və ya 36,6% çoxdur. Hesabat dövründə BƏƏ-nin Azərbaycandan xaricə göndərilən pul köçürmələrinin ümumi həcmində payı 4,3% təşkil edib.

Eyni dövrdə, BƏƏ-dən Azərbaycana daxil olan pul köçürmələrinin həcmi 29,835 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,526 milyon dollar və ya 28% artım deməkdir. Hesabat dövründə BƏƏ-nin Azərbaycana gələn pul köçürmələrinin payı 3,5% təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin göndərdiyi pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları olub ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,5% azalma deməkdir. Həmçinin, xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,2% artım göstərir.

Fuad Mədətov
Finss.az