Finss.az xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Özbəkistana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 2,8 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon dollar və ya 27,8% azalma deməkdir. Hesabat dövründə Azərbaycandan xaricə göndərilən ümumi pul köçürmələrində Özbəkistanın payı 0,8% təşkil edib.
Eyni zamanda, Özbəkistan vətəndaşlarının Azərbaycana göndərdiyi pul köçürmələrinin həcmi 11 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,8 milyon dollar və ya 34% artım deməkdir. 2024-cü ilin eyni dövründə bu göstərici 8,2 milyon dollar təşkil etmişdi.
Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 361,357 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% azalma deməkdir. Həmçinin, hesabat dövründə xarici ölkələrdən Azərbaycana pul köçürmələrinin həcmi 849,910 milyon dollar təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% artım qeydə alınıb.
Fuad Mədətov
Finss.az
