2025-ci ilin yanvar-sentyabr aylarında Serbiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 6,187 milyon ABŞ dolları təşkil edib.
Finss.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,968 milyon dollar və ya 28,2 dəfə artım göstərib. Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Serbiyadan reallaşan sərmayələrin payı 0,1% təşkil edib.
2024-cü ilin ilk 9 ayında Serbiyadan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi yalnız 219 min dollar olub.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub ki, bu da 2024-cü ilin analoji göstəricisinə nisbətən 213,485 milyon dollar və ya 4,7% artım deməkdir.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,039 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 658,090 milyon dollar və ya 47,7% artım deməkdir.
Fuad Mədətov
Finss.az
