BANK

23 Dekabr

Azərbaycana İsveçdən birbaşa investisiyalar 17 dəfə artıb

2025-ci ilin yanvar-sentyabr aylarında İsveçdən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 29,664 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27,9 milyon dollar və ya 17,1 dəfə çoxdur. Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İsveçdən reallaşan investisiyaların payı 0,6% təşkil edib.

Azərbaycan isə öz növbəsində 2025-ci ilin ilk 9 ayı ərzində İsveç iqtisadiyyatına 20,623 milyon dollar sərmayə qoyub, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 milyon dollar və ya 29,3% azalma deməkdir. Birbaşa xarici investisiyaların ümumi həcmində İsveçə yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 1% təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin ilk 9 ayı ərzində İsveçdən Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 1,73 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 29,153 milyon dollar təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövrünə nisbətən 213,485 milyon dollar və ya 4,7% artım deməkdir. Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,039 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin ilk 9 ayına nisbətən 658,090 milyon dollar və ya 47,7% çoxdur.

Fuad Mədətov
Finss.az