BANK

19 Dekabr

Səudiyyə Ərəbistanından Azərbaycana pul köçürmələri artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Səudiyyə Ərəbistanından Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 19,947 milyon ABŞ dolları olub.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,994 milyon dollar və ya 33,4% artım deməkdir. Hesabat dövründə Səudiyyə Ərəbistanından gələn pul köçürmələrinin ümumi ölkəxarici köçürmələrdəki payı 2,3% təşkil edib və beləliklə, bu ölkə Azərbaycana pul köçürmələrinin həcmi baxımından yeddinci sırada qərarlaşıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən köçürmələrin həcmi 14,953 milyon dollar olmuşdur.

2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin ümumi həcmi 361,4 milyon dollar təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,9 milyon dollar və ya 11,5% azalma deməkdir. Eyni zamanda, xarici ölkələrdən Azərbaycana göndərilən pul köçürmələrinin həcmi 849,9 milyon dollar olub və bu göstərici 2024-cü ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 1,404 milyon dollar və ya 0,2% artım göstərib.

Fuad Mədətov
Finss.az