BANK

19 Dekabr

Azərbaycan Finlandiya iqtisadiyyatına sərmayələrini 2,8 dəfə artırıb

2025-ci ilin yanvar-sentyabr aylarında Finlandiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 21,206 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,082 milyon dollar və ya 9,6 dəfə artım deməkdir. Hesabat dövründə Finlandiyadan gələn investisiyaların ümumi birbaşa xarici investisiyalar içindəki payı 0,4% olub.

Azərbaycan isə eyni dövrdə Finlandiya iqtisadiyyatına 10,934 milyon dollar sərmayə qoyub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,074 milyon dollar və ya 2,8 dəfə artım deməkdir. Finlandiyaya yönələn Azərbaycan investisiyalarının ümumi birbaşa xarici investisiyalar içindəki payı 0,5% təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin ilk 9 ayında Finlandiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 2,218 milyon dollar, Azərbaycandan isə Finlandiyaya yatırılan sərmayələr 3,860 milyon dollar olmuşdur.

2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına yönələn birbaşa xarici investisiyaların ümumi həcmi 4,736 milyard ABŞ dollarını ötüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 213,485 milyon dollar və ya 4,7% artım deməkdir. Eyni zamanda, Azərbaycandan xarici ölkələrə yönələn birbaşa xarici investisiyaların həcmi 2,039 milyard ABŞ dolları olub və bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 658,090 milyon dollar və ya 47,7% artım göstərib.

Fuad Mədətov
Finss.az