BANK

18 Dekabr

Fransadan Azərbaycana pul köçürmələri artıb

2025-ci ilin yanvar–sentyabr ayları ərzində Azərbaycandan Fransaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,857 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,076 milyon ABŞ dolları və ya 35% azalma deməkdir.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Fransanın payı 1,1% təşkil edib.

Eyni zamanda, 2025-ci ilin ilk 9 ayında Fransadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 19,027 milyon ABŞ dolları olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,192 milyon ABŞ dolları və ya 2,8 dəfə artım göstərir. Xaricdən Azərbaycana ümumi pul köçürmələrində Fransanın payı isə 2,2% təşkil edib.

2024-cü ilin ilk 9 ayında Azərbaycandan Fransaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,933 milyon ABŞ dolları, əks istiqamətdə isə 6,835 milyon ABŞ dolları olub.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46,925 milyon ABŞ dolları və ya 11,5% azalma deməkdir.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar–sentyabr ayları ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya 0,2% artım deməkdir.

Fuad Mədətov
Finss.az