BANK

18 Dekabr

İsveçrədən Azərbaycana birbaşa xarici investisiyalar 6 dəfə artıb

2025-ci ilin yanvar–sentyabr ayları ərzində İsveçrədən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 283,982 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 236,331 milyon dollar və ya 6 dəfə artım deməkdir.

Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İsveçrədən daxil olan sərmayələrin payı 6% təşkil edib.

Azərbaycan isə cari ilin ilk 9 ayında İsveçrə iqtisadiyyatına 28,822 milyon dollar sərmayə qoyub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,921 milyon dollar və ya 39,6% azalma göstərir. Birbaşa xarici investisiyaların ümumi həcmində İsveçrəyə yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,4% təşkil edib.

2024-cü ilin ilk 9 ayında İsveçrədən Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 47,651 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 47,743 milyon dollar təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycana daxil olan birbaşa xarici investisiyaların ümumi həcmi 4,736 milyard ABŞ dolları olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 213,485 milyon dollar və ya 4,7% artım deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,039 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon dollar və ya 47,7% artım deməkdir.

Fuad Mədətov
Finss.az