2025-ci ilin ilk 9 ayı ərzində Asiya İnkişaf Bankı (AİB) tərəfindən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 5,464 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,396 milyon ABŞ dolları və ya 3,6 dəfə azalma deməkdir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–sentyabr aylarında AİB-in Azərbaycana birbaşa xarici investisiyalarının həcmi 19,860 milyon ABŞ dollarına bərabər olub.
Hesabat dövründə Azərbaycana yönələn birbaşa xarici investisiyaların ümumi həcmində AİB-dən olan vəsaitlərin payı cəmi 0,1% təşkil edib.
Ümumilikdə isə 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 4,736 milyard ABŞ dollarını ötüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 2,039 milyard ABŞ dolları olub. Bu göstərici 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.
Fuad Mədətov
Finss.az
