BANK

16 Dekabr

Azərbaycanda əhalinin bank əmanətləri artıb

Mərkəzi Bankın məlumatına əsasən, əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artaraq 2025-ci il noyabrın 1-nə milli valyuta ekvivalentində 15 milyard 907,1 milyon manat təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, əmanətlərin 68,8 faizi milli, 31,2 faizi isə xarici valyutada yerləşdirilib. Milli valyutada qoyulmuş əmanətlərin həcmi illik müqayisədə 15,4 faiz, xarici valyutada olan əmanətlərin məbləği isə 3,7 faiz artıb.

Fuad Mədətov
Finss.az