2025-ci ilin ilk 9 ayında Azərbaycanın xidmətlər balansı kəsrlidir, lakin bu göstərici ötən ilin eyni dövrünə nisbətən 13% azalıb.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə məlumat verib.
S.Nəsirov bildirib ki, xidmətlər balansının kəsrini əsasən neft-qaz sektoru ilə əlaqəli tikinti və digər işgüzar xidmətlər formalaşdırır. Lakin digər sahələrdə profilit müşahidə olunur.
Belə ki, nəqliyyat xidmətlərinin profisiti xalis olaraq 1,3 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50% artım deməkdir. Nəqliyyat profisiti əsasən neft-qaz ixracı ilə bağlı gəlirləri, həmçinin sərnişin və yük daşımalarını əhatə edir.
Turizm xidmətlərinin profisiti 320 milyon dollar olub. Bunun əsas səbəbi ölkəyə gələn xarici turistlərin sayı ilə bağlıdır: ilin 9 ayında Azərbaycana 1,948 milyon turist səfər edib.
S.Nəsirov əlavə edib ki, nəqliyyat və turizm xidmətlərinin profisiti tədiyyə balansına müsbət təsir göstərir və iqtisadi aktivliyi dəstəkləyir.
Fuad Mədətov
Finss.az
