2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandakı idarə, müəssisə və təşkilatlar qiymətli kağızlar bazarından 750 milyon ABŞ dolları gəlir əldə edib.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə məlumat verib.
Direktor bildirib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,45 faiz artıb:
"Bir çox hallarda biz kapital və maliyyə hərəkəti balansını müzakirə edəndə görürük ki, portfel investisiya üzrə aktivlərimiz artıb. Bu, kapital və maliyyənin hərəkəti balansında mənfi olsa da, növbəti dövrlərdə Azərbaycan iqtisadiyyatına ilkin gəlirlər balansı vasitəsilə kifayət qədər vəsait gətirir."
Fuad Mədətov
Finss.az
