BANK

15 Dekabr

Bu ilin 9 ayında tədiyyə balansında 1,1 milyard dollar kəsir qeydə alınıb - AMB

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,1 milyard ABŞ dolları təşkil edib.

Finss.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.

Qeyd olunub ki, 2024-cü ilin eyni dövrü üzrə tədiyyə balansı 181,6 milyon dollar həcmində profisitlə nəticələnib. Cari şəraitdə isə ölkənin strateji valyuta aktivləri 81,5 milyard ABŞ dolları təşkil edib. Cari əməliyyatlar balansında isə 3 milyard dollar profisit qeydə alınıb (2024-cü ilin 9 ayında bu göstərici 4,0 milyard dollar olub).

Hesabat dövründə xam neftin orta qiyməti 70 ABŞ dolları/barel, təbiıi qazın qiyməti isə 12% artaraq 294 ABŞ dolları/mn kubmetr səviyyəsində formalaşıb. 2024-cü ilin 9 ayında xam neftin orta qiyməti 86 dollar/barel olub.

AMB rəsmisi vurğulayıb ki, bu göstəricilər Azərbaycanın valyuta ehtiyatlarının dayanıqlığını və ticarət əlaqələrinin möhkəmliyini əks etdirir.

Fuad Mədətov
Finss.az