BANK

15 Dekabr

Azərbaycana ən çox pul göndərən ölkələrin SİYAHISI

2025-ci ilin ilk 9 ayında Azərbaycana pul köçürmə sistemləri vasitəsilə 850 milyon dollar daxil olub ki, bu da əvvəlki dövrə nisbətən 0,2 faiz artım deməkdir.

Finss.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, dövr ərzində Azərbaycana ən çox pul köçürmələri ölkələr üzrə belə olub:

  • Rusiya – 344 milyon dollar
  • Türkiyə – 140 milyon dollar
  • ABŞ – 74 milyon dollar
  • Birləşmiş Krallıq – 31 milyon dollar
  • Gürcüstan – 30 milyon dollar

Eyni zamanda, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xaricə köçürülmüş pul baratlarının həcmi 361 milyon dollar təşkil edib. Ölkələr üzrə bölgüsü belə olub:

  • Türkiyə – 104 milyon dollar
  • ABŞ – 55,8 milyon dollar
  • Rusiya – 34 milyon dollar
  • Birləşmiş Krallıq – 20 milyon dollar
  • Gürcüstan – 19,8 milyon dollar

S.Nəsirov bildirib ki, göstəricilər Azərbaycana pul köçürmələrinin sabit artım trayektoriyasını göstərir və beynəlxalq maliyyə əlaqələrinin davamlı olduğunu təsdiqləyir.

Fuad Mədətov
Finss.az