BANK

15 Dekabr

Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,7 milyard dollar təşkil edib

2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollar birbaşa xarici investisiya yatırılıb.

Finss.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, eyni dövrdə ölkədən xaricə 2,038 milyard dollar birbaşa investisiya yatırılıb. Ümumilikdə isə kapital repatriasiyası 5 milyard dollar təşkil edib.

S.Nəsirov bildirib ki, Azərbaycandan ən çox yatırım İsrail iqtisadiyyatına yönəldilib – 542,6 milyon dollar, bu əsasən ölkədə reallaşan “Tamar” layihəsi ilə bağlıdır.

Rəsminin sözlərinə görə, göstəricilər xarici investisiyaların Azərbaycan iqtisadiyyatına cəlbediciliyinin yüksək olduğunu və ölkənin beynəlxalq maliyyə əlaqələrinin gücləndiyini göstərir.

Fuad Mədətov
Finss.az