Bu ilin ilk 9 ayında Azərbaycanın turizm sektoru 320 milyon dollarlıq xalis profisitlə yekunlaşıb.
Finss.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, turizm sektorunda müsbət saldo əsasən ölkəyə gələn xarici turistlərin sayının artması ilə bağlıdır. Samir Nəsirov bildirib ki, hesabat dövründə Azərbaycana 1 milyon 948 min nəfər xarici turist səfər edib.
AMB rəsmisi qeyd edib ki, bu göstəricilər ölkənin turizm potensialının artdığını və sektorun tədiyə balansına mühüm töhfə verdiyini təsdiqləyir.
Fuad Mədətov
Finss.az
