Azərbaycanın strateji valyuta ehtiyatları 14,7 faiz və ya 10,5 milyard dollar artaraq bu il 81,5 milyard dollara bərabər olub.
Finss.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11,31 milyard dollar təşkil edib.
Samir Nəsirov qeyd edib ki, ölkənin strateji valyuta ehtiyatları 37 ay ərzində mal və xidmətlərin maliyyələşdirilməsinə kifayət edir ki, bu da beynəlxalq meyarlar baxımından yüksək göstərici hesab olunur.
Fuad Mədətov
Finss.az
