Azərbaycan Mərkəzi Bankı (AMB) “Total Finans” və “Stimul” kredit ittifaqlarına icrası məcburi olan göstəriş verib.
Finss.az AMB-yə istinadən xəbər verir ki, sözügedən kredit ittifaqları tərəfindən 2025-ci ilin III rübünə dair hesabatlar təqdim edilmədiyindən, “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin olunmayıb.
Bununla əlaqədar olaraq, “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutulub və Azərbaycan Mərkəzi Bankı tərəfindən “Total Finans” və “Stimul” kredit ittifaqlarına hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi barədə icrası məcburi olan göstəriş verilib.
Fuad Mədətov
Finss.az
