Cari ildə valyuta bazarında təklif tələbi üstələdiyi üçün burada ümumilikdə vəziyyət stabildir.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 393 milyon ABŞ dolları üstələyib.
"Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2,1 faiz bəndi azalaraq noyabrda 29%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ilin 11 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 4,3% artaraq 11,4 milyard ABŞ dollarına çatıb", - məlumatda vurğulanıb.
Fuad Mədətov
Finss.az
