BANK

09 Dekabr

Azərbaycanın ÜDM artımı 2025–2027-ci illərdə yavaş templə artacaq

Niderlandın “ING Group”u 2025-ci il üzrə Azərbaycanın ÜDM artımını 1,6% səviyyəsində proqnozlaşdırır.

Finss.az xəbər verir ki, şirkətin hesablamalarına görə, 2026-cı ildə ÜDM artımı 2,8%, 2027-ci ildə isə 2% olacaq.

2026-cı ilin rüblük ÜDM proqnozu belədir:

  • 1-ci rüb — 4%
  • 2-ci rüb — 2,5%
  • 3-cü rüb — 3,5%
  • 4-cü rüb — 1%

ING Group 2025-ci ilin IV rübünün yekunu üzrə ÜDM artımını 2,5% gözləyir.

Qeyd olunur ki, ölkənin maliyyə mövqeyi əhəmiyyətli dövlət aktivləri və balanslaşdırılmış fiskal siyasət sayəsində sabit olaraq qalmaqdadır. Həmçinin, “Moody’s” agentliyinin Azərbaycanın suveren reytinqini investisiya səviyyəsi olan “Baa3”ə yüksəltməsi portfel investisiyaları üçün müsbət amil ola bilər.

Fuad Mədətov
Finss.az