Niderlandın “ING Group”u Azərbaycan üzrə iqtisadi proqnozlarını açıqlayıb.
Finss.az xəbər verir ki, şirkətin hesablamalarına görə, 2025 və 2026-cı illərdə inflyasiya 5,7% səviyyəsində qalacaq, 2027-ci ildə isə inflyasiyanın 8,9%-ə yüksələcəyi gözlənilir.
2026-cı ilin rüblük inflyasiya proqnozu belədir:
- I rüb — 5,7%
- II rüb — 5,9%
- III rüb — 5,7%
- IV rüb — 5,7%
ING Group 2025-ci ilin IV rübünün sonunda inflyasiyanın 5,8% olacağını ehtimal edir.
Azərbaycan Mərkəzi Bankı (AMB) isə 2025–2026-cı illərdə illik inflyasiyanın hədəf dəhlizi olan 4±2% hüdudlarında qalacağını proqnozlaşdırır. AMB oktyabr proqnozunda 2025-ci il üçün inflyasiyanı 6% səviyyəsində qiymətləndirib. “Bu proqnozların reallaşması həm daxili, həm də xarici amillərin dinamikasından asılı olacaq”, – Mərkəzi Bank vurğulayır.
Fuad Mədətov
Finss.az
