BANK

08 phrase_var_core.december

Dövlət zəmanət və subsidiyalar vasitəsilə kredit həcmini artırıb

İndiyədək İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vasitəsilə 56 310 borcalana 3,713 milyard manat məbləğində kredit verilib.

Finss.az İKZF-nin məlumatına əsasən xəbər verir ki, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 676,798 milyon manat təşkil edib. Eyni zamanda 8 699 mənzil kirayə vermək yolu ilə realizə edilib.

Qeyd olunur ki, İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.

Fuad Mədətov
Finss.az