2025-ci ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna qoyulmuş kreditlərin həcmi 694,8 milyon manat olub.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici oktyabrın 1-i ilə müqayisədə 15,1 milyon manat və ya 2,1% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 219 milyon manat və ya 24% azalma müşahidə olunub.
Qeyd olunur ki, noyabrın 1-nə Azərbaycanda real sektora qoyulmuş kredit portfeli 31,714 milyard manat təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 144,3 milyon manat və ya 0,5% artım, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 3,4 milyard manat və ya 12,1% artım deməkdir.
Fuad Mədətov
Finss.az
