BANK

05 Dekabr

Azərbaycanda pul bazası artıb

2025-ci il dekabrın 1-nə Azərbaycanda pul bazası 22,128 milyard manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici noyabrın 1-i ilə müqayisədə 733,3 milyon manat və ya 3,4% artım deməkdir.

Ölkədə pul bazası ilin əvvəlindən etibarən 1,212 milyard manat və ya 5,8%, son 1 il ərzində isə 1,552 milyard manat və ya 7,5% artıb.

Fuad Mədətov
Finss.az