2025-ci il dekabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,434 milyard ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici noyabrın 1-i ilə müqayisədə 65,5 milyon ABŞ dolları və ya 0,6% artım deməkdir.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlindən etibarən 474,3 milyon ABŞ dolları və ya 4,3%, son 1 il ərzində isə 466 milyon ABŞ dolları və ya 4,2% artıb.
Fuad Mədətov
Finss.az
