BANK

05 Dekabr

Azərbaycan bank sistemində Ani Ödəniş Sistemi əməliyyatlarının sayı artıb

2025-ci ilin oktyabr ayında Ani Ödəniş Sistemi (AÖS) vasitəsilə aparılan əməliyyatların həcmi 337,7 milyon manat, sayı isə 1,9 milyon ədəd olub.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstəricilər 2024-cü ilin oktyabr ayı ilə müqayisədə əməliyyat həcmi üzrə 76,3 milyon manat və ya 18% azalma, əməliyyat sayı üzrə isə 1,791 milyon ədəd və ya 24,3 dəfə artım deməkdir. Ötən il həmin dövrdə AÖS vasitəsilə əməliyyatların həcmi 414 milyon manat, sayı isə 76,8 min ədəd təşkil etmişdi.

Eyni ayda Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖNKS) vasitəsilə aparılan əməliyyatların həcmi 4,7 milyard manat, sayı isə 9,1 milyon ədəd keçib. Ötən ilin oktyabr ayı ilə müqayisədə XÖNKS əməliyyatlarının həcmi 134 milyon manat və ya 2,8%, sayı isə təxminən 6,3 milyon ədəd və ya 40,8% azalıb.

Fuad Mədətov
Finss.az